Siqaret çəkən xanımlara

Son güncelleme: 09.04.2011 23:48
  • Siqaret çəkən xanımlara....

    noimage

    Siqaret ilk olaraq Avropaya İspaniya yolu ilə 18- ci əsrdə Amerika qitəsindən gətirildiyi ehtimal olunur. İlk olaraq tütün yarpağına daha sonra nazik kağıza bükülərək çəkilməyə başlanmışdır. Siqaret ölmə səbəb olan bir çox xəstəliklər yaratmağa qabildir. Hər il dünyada 2.500.000 insan siqaret üzündən həyatını itirməkdədir. Bu ölümlərin əsas səbəbi ağciyər xərçəngidir, ikinci əhəmiyyətli səbəb ürək xəstəlikləri və digər xərçəng növləridir. Günümüzdə siqaret çəkən qadınların sayı artmaqdadır.

    Qeydlərə görə, siqaret çəkdiyi bilinən ilk qadın, İngiltərənin Warwickshire şəhərində yaşayan dul Leydi Caroline Mordaunt'dur. Leydi Mordaunt, yalnız özü üçün xüsusi olaraq məşhur tütünçü Nicholas Contoupolis tərəfindən xarmanlanılan siqaretləri çəkirdi. 1858-ci ildə Contoupolisin ən yaxşı müştərilərindən biri Leydi Mordaunt idi.Cəmiyyət içində siqaret çəkən ilk qadın isə Clenmont-Tonnerre idi. 1896-cı ildə Savoy Otelinin yemək salonunda siqaretini yandırdığında qonaqlan dəhşətə düşdülər. Lakin bu inqilab heç də xoş ənənəyə yol açmadı. Belə ki, siqaret çəkən qadınlarda uşaqlıq (uterus) xərçəngi riski çoxalmaqdadır, hamilə qadınların siqaret çəkməsi isə şikəst və ölü doğumlarla nəticələnməkdədir. Həmçinin xərçəngin digər növlərinə tutulma ehtimalı çox böyükdür.

    Amerika kollecinin müəllimi Dr. Şaron Pilan apardığı tədqiqatların nəticəsi olaraq siqaret çəkən qadınların həyatlarının 14. 5 ilini itirdiyini deyib. İtalyan alimlərin gəldiyi nəticəyə görə isə bu zərərli vərdişdən əl çəkən qadınların üzünün dərisi 9 aya 13 il cavanlaşır, 75 faiz qadın isə arıqlayır və ya əvvəlki formasını saxlayır.

    Siqaret çəkən qadınlar necə qidalanmalıdır?

    Siqaretin zərərli təsirindən qorunmaq üçün vücüd antioksidanlara ehtiyac duyur. Bu antioksidanlar arasında vitamin A, Vitamin E, Vitamin C, B- karotin, selenyum sayıla bilər. Antioksidant vitaminlərin işi hüceyrənin xəsarətlənməsinin qarşısını almaqdır. Sigaret vücutda sərbəst radikalların yaranmasını sürətli şəkildə artırmaqdadır.

    1. Yetərli miqdarda vitamin əldə etmək üçün meyvə və tərəvəz qidalarını artırmaq lazımdır.
    2. Cildi qoruyan karotin maddəsini qidalardan almalıyıq. Karotin maddəsi xüsusi ilə kök ve qayısı da mövcuddur.
    3. Kakao qabığı, yulaf, sarımsaq, meyan kökü, hindistan qozu, xardal toxumu, keçi buynuzu kimi qidalar da bizi zərərdən qoruyur.
    4. C vitaminindən zəngin qidaları tükətmək lazımdır. Bu vitamin daha çox kivi, portağal, limon, qreyfurt, cəfəri, xiyarda mövcuddur.
    5. E vitaminindən çox istifadə edin. Soya məhsulları, zeytunyağı, qoz, fındıq E vitamin ilə zəngindir.
    6. Güclü antioksidan olaraq soğan, sarımsaq istifadəedin.
    7.Xüsusən Omega - 3 (n-3), Omega - 6 (n-6)'dan zəngin olan balıq yeməklərinə müraciət edin.
    8. Gündə 1 bardaq (250 cc) süd və ya yoqurt istifadə edin.
    9. Gündə 2 - 2,5 lt su içməlisiniz.
    10. Her gün mütləq 1000 mg C vitamini qəbul edin.

    Siqaret çəkən qadınlar üz dərisindəki saralmaları aradan qaldırmaq üçün armuddan istifadə edə bilərlər. Armudu kəsərək, şirəli, iç tərəfini üzünüzə çəkin.
    Göz kənarlarında, dekolte və əllərdə siqaretin təsiri ilə yaranan qırışları aradan qaldırmaq üçün:

    -1/4 avokado,
    - 1 çay qaşığı bal,
    -1/4 limon suyu

    Bunları krem halına gələnə qədər qatmaq, daha sonra cildə çəkmək və 1saata yaxın saxlamaq lazımdır.

    Siqaretin bütün zərərlərindən və ziyanlarından qorunmaq üçün siqareti dərhal tərgitmək lazımdır. Əks halda xərçəng və digər xəstəliklərə tutulduqdan sonra çox gec olacaq.

    Nuranə Rəhimova
#09.04.2011 23:48 0 0 0