Belkede kim bilir

Son güncelleme: 10.04.2011 22:13
  • Belkede(kim bilir???)

    noimage

    Və gedirsən Bilirdim gedəcəyini Həm də ilk gəldiyin gündən İlk dəfə "səndən heç yerə getməyəcəyəm" dediyin zamandan

    İlk dəfə "sən hər şeysən,səni heç birə şeyə dəyişmərəm" dediyin zaman əslində mən bilirdim gedəcəyini Eşq budur,deyəsən?! Getmə deyə bilmədiyim kimi, gəlmə də deyə bilmədim Deyə bilməzdimBir az da olsa mənim olmağın, bir az da olsa məndə qalmağın bəs idi mənə bəlkə də Heç mənim olmamağındansa Bəlkə də bəs idi mənə yalan olduğunu bilərək verdiyin sözlərlə yaşamaq Bir az da olsa eşqi səninlə dadmaq

    BilmirəmBəlkə də bilirdim, ancaq imkansıza inanmışdım Getməmə ehtimalına qapılmışdım Bəlkə də getməyini istəmədiyim üçün idi Bütün bildiklərimi, bütün inandıqlarımı unutmaq istədim və açdım qapılarımı bəlkə də Kim bilir

    Yaşamadığım bir şeyi dadmaq istəmişdim bəlkə də səninləBir günə bir ömür sığdırmaq istəmişdim Heç beləsini yaşamamışdım Bəlkə də onun üçün açdım qapılarımı bütün cəsarətimlə Xoşbəxt sonla bitməyəcəyini bilə-bilə

    Sevdiyini bilirdim Gedərkən belə, ürəyində olacağımı bilirdim Bəlkə də əfsanə olmaq istəmişdimXatırlayırsanmı, hər dəfə sənə "əsl sevgilər qovuşmur, bax Leyli-Məcnun qovuşmadı" deyəndə, gülürdün mənə, "biz qovuşacağıq" deyirdinİki nəfər sevəndə, qovuşmursa, bax o əfsanə olurBiz də əfsanələrə qarışdıq, birdənəm

    Kim bilir, sonum ol istəmişəm bəlkə dəSənsiz səni yaşamaqdansaSəni heç bilmədən, səni heç dadmadan bir ömür yaşamaqdansa, sənli keçən qısa bir zamanın ardından son olmaq istəmişəm bəlkə də

    Sən uzaqlaşarkən, hər atdığın addımda yox olmaq istəmişəm bəlkə də
    Bəlkə də heç nə istəmirdim İstədiyim bircə şey sadəcə sən idinSən də getdin

    Desəm ki, üzülürəm, desəm ki, peşimanam, inanma Mən səndə özümü tapdım və elə səndə də itirdim Bəlkə də mən sadəcə səndə yox olmaq istəyirdimKim bilir Bəlkə də


    Alıntı
#10.04.2011 17:07 0 0 0
  • Emeyine saglıqlar canım
#10.04.2011 22:13 0 0 0