Az xəbər portalının məlumatına görə, bu ay İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirində "Show nömrə 1" layihəsinə start verilir. Realiti-şouda şou-biznes ulduzlarımız özlərini rəqqas qismində sınayacaqlar. Müğənnilərdən Səbinə Babayeva, Elza Seyidcahan, Sevda Yəhyayeva, "Dəyirman" qrupunun üzvü ABD Malik, aktrisa Naina İbrahimova, stilist Anar Ağakişiyev, teleaparıcılar Kamilə Babayeva, Murad Arif, Pərviz Əbubəkirov, "OK" jurnalının baş redaktoru Könül Nağıyeva və DJ China layihənin iştirakçıları sırasındadır.
Aparıcılar Azər Aslan və Hüsniyyə Məhərrəmova, bədii rəhbər isə tanınmış xoreoqraf Nailə Məmmədzadədir.
Layihə rəhbərləri tamaşaçılara möhtəşəm və əyləncə dolu şou təqdim edəcəklərinə söz verirlər.