Yuxu Yozmalari 2011 - E hərfi

Son güncelleme: 10.04.2011 22:40
  • Yuxu yozma E hərfi

    Ev tikmək-ev tikənin əlinə mal keçəcək,evini şüşədən tikmək xeyrə yozulmaz

    Evlənmək -yuxuda evlənən varlanacaq

    Edam-özünün edamını görən adam yüksələcək və önəmli mövqelərə keçəcək

    Eyş-işrət- sıxıntı olacaq

    Elçi-yüksək məqama şan-şöhrətə işarədi.

    Eniş-yuxuda hündür bir yerdən sürətlə aşağı düşən adam həyatda yüksələcək ,amma sağlamlığına fikir versin

    Ehram-böyük bir kədərdən sonra əski halınıza qayıdacaqsız

    Eşq-yuxuda qadın sevgilisini bir başqasıyla görsə deməli rəqibi var

    Eşşək-eşşəkdən düşmək kasıbçılığa işarədi

    Efir(ətir)-efir qoxulamaq xeyrə yozulmur,pis xəbərə işarədi

    Eliksir(dərman)-eliksir qoxlamaq xəstəliyə və qəfil bəd xəbərə işarədi.

    Ev quşları-qız yuxuda toyuq,ördək ,hind toyuğu görsə əkinçiyə ərə gedər

    Ekzema(dəri xəstəliyi)-bu yuxunu görənin əlinə pul gələr

    Elan -yuxuda elan oxuyanın həyat tərzi yaxşılığa doğru dəyişəcək
#10.04.2011 22:40 0 0 0