Qurani-kәrimin bütün müraciәtlәrindә qadınlara kişilәrlә yanaşı xitab olunur.Quran çoxsaylı ayәlәrindә qadınlara böyük qiymәt verib,hüquqlarını müәyyәnlәşdirmәklә bәrabәr, hәm dә "İslam dini qadına heç bir qitmәt vermir"kimi yalan namünasib absurd ittihamları bütünlüklә rәdd edir.Qurani-Kәrimin qadın mәqami vә dәrәcәsinin açıqlandığı şәrif ayәlrinin bir hissәsini xatirlamaq yetәr.
•Cәmiyyәt qadın vә kişidәn tәşkil olunmuşdur(Hücurat,13)
•Üstünlüyün meyarı kişi vә ya qadın olmaqda deyil(Hücurat,13)
•Qadın vә kişi әslindә bir-birindәn fәrqlәnmir(Nisa,1)
•Qadın vә kişinin hәr biri mükәllәfiyyәt vә mәsuliyyәt daşıyır(Nisa,124)
•Quran qadınlara xoş rәftar etmәyi kişilәrә vәzifә olaraq tapşırmışdır(Nisa,19)
•Qadın cәnnәtin әn böyük nemәtlәrindәn biridir(Yasin,56)
•Qurandakı dualar әvvәlcә qadınlara edilmiş, validyenә hörmәt mәsәlәsindә dә ana üstün tutulmuşdur(Fürqan,75)
•Allah-tәala övladlar vә nәvәlәrin nemәtlәrini qadınla әlaqәlәndirir(Nәhl,72)
•Qadın azad bir insandır(әqidә azadlığı, maliyyә tәsәrrüfat azadlığı)(Nisa,4 vә 19)
•Qadın vә kişi insaneı xüsusiyyәtlәr baxımından bәrabәrdir(Ali-İmran,195)
•Qadın vә kişinin әmәyinin dәyәri bәrabәrdir(Ali-İmran,195)
•Cәnnәtin bütün nemәtlәrinә sahib olmaq müjdәsi hәm qadına vә hәm dә kişiyә verilmişdir(Mömin,40; Nәhl,97)
•Qadın cәmiyyәtin әsas üzvlәrindәn biridir vә kişi kimi layiqli hüquqlara malikdir(Bәqәrә,228)
•Qadın da kişi kimi azad vә müstәqildir(Əlbәttә, azadlığın hüququ nәzәrә alınmaqla)(füsulәt,46;Musәddәr,38)
•Qadın iqtisadi cәhәtdәn azaddır vә cәmiyyәtdә әsas qütblәrindәn biri sayılır(Nisa,32)
•Qadın bütün insani titul vә imtiyazların,axırında mükafat vә fәzilәtlәrinin qazanilmasında kişilәrәl bәrabәrdir(Hәdid,12 vә; Əhzab,35)
•Cәmiyyәtdә kollektiv nәzarәt kimi mühüm vәzifә hәm kişinin, hәm dә qadının üzәrinә düşür(Tövbә,71)
•Quranda qız övladına qarşı hörmәt teqdir olunur vә onların diri-diri dәfn olunması pislәnir(Nәhl,58 vә 59)
•Qadın evin әsası, ev isә rahatlıq mәkanıdır(Rәd,38; Nәhl,80)