
İnsanın iş qabiliyyətinin ən aşağı olduğu saatdır. Bu zaman işləyənlər xətaya yol verirlər. Çünki bu saat insan bədəni ancaq yuxuya proqramlaşdırılıb. İnsanın refleksləri zəifləyir.
İnsan tamamilə halsız olur. Melatonin hormonu artdığı üçün insan tənbəl və qərarsız olur. Bu saatlarda isanın intihar etmək ehtimalı yüksəkdir.
Bədən yenidən enerji yığmağa və özünü günə hazırlamağa başlayır. Qan yüksəlməyə, damarlar genişlənməyə başlayır. Ürək xəstəliyi olanlar günün bu saatında daha diqqətli olmalıdırlar.
Stres hormonu 6 dəfə artır. Bədən yeni günə başlamağa hazırlaşır.
Orqanizm oyansa da, hələ ki zəifdir. Bu saatda idman etməkdən çəkinmək, əvəzində yaxşı qidalanmaq lazımdır.
Nəbz və təzyiq artmağa başlayıb. Yatanda 60 dəfə vuran ürək, bu saatlarda sağlam insanda 72-78 dəfə döyünür. Müvəqqəti taxikardiya əlamətləri meydana çıxır.
Ən yaxşı və effektiv iş saatıdır. Bütün diqqəti toplamaq və məntiqli düşünmək üçün də ideal vaxtdır.
Bədən yorğunluğun ilk əlamətlərini nümayiş etdirməyə başlayır. Diqqət dağılmağa və yuxu gəlməyə başlayır. Beyinə gedən qan miqdarı azalır. Nahardan sonra yuxu artır.
İnsanın özünü ən xoşbəxt hiss etdiyi saatdır. Bu saatda xoşbəxtlik hormonu ən yüksək həddə çatır. Yenidən insana enerji gəlir.
Adrenalin yüksəlir. Əzələlər qüvvətlənir. Aparılan araşdırmaların nəticələrinə görə, olimpiya rekordlarının əksəriyyəti məhz bu saatda qeydə alınıb.
Bədəndə yenidən yorğunluq başlayır və orqanizm özünü şam yeməyinə hazırlamağa başlayır. Əzələlər qüvvətdən düşməyə başlayır.
Orqanizm özünü yuxuya hazırlamağa başlayır. Nəbz yavaşlayır.
Bu saatda yemək yemək təhlükəlidir. Həzm prosesi zəifləyir. Belə ki, bu saatda yeyilən yemək mədədə səhərə qədər qalacaq. Həzm edilməyən qidalar mədədə çürüyərək zərərli çöplər olacaqlar.
Bu saatdan sonra siqaret çəkmək qadağandır. Çünki bədən saat 22:00-dan sonra nikotini ata bilmir. Səhərə qədər bu nikotin bədəni zəhərləyir.
Yuxuda olarkən hüceyrələr yenilənir. Saçlar bu saatda daha tez uzanır. Fəaliyyətin ən aşağı olduğu saatdır. Bu zaman işləyənlər xətaya yol veririlər. Çünki bu saat insan bədəni ancaq yuxuya proqramlaşdırılıb. İnsanın refleksləri zəifləyir.