Depresiya

Son güncelleme: 12.04.2011 19:00
  • Depresiya..

    ______________________________________

    Depressiyada olan şəxslər daha çox siqaret çəkirlər. ABŞ Milli Səhiyyə Statistikaları Mərkəzinin mütəxəssislərinin sözlərinə görə, depressiyadakı 20 və daha yuxarı yaşlı insanların 43 faizi, depressiyada olmayanların isə 22 faizi siqaret çəkir.

    Araşdırma 5 min nəfəri əhatə edib. Bəlli olub ki, depressiyada olan 40-54 yaşlı kişilərin yarıdan çoxu, 20-39 yaşlı qadınların isə yarısı siqaret çəkir. Depressiyada olmayan kişilər də bu rəqəm 25, qadınlarda isə 21 faizdir.

    Depressiya vəziyyətində olan insanlar bu zərərli vərdişi tərgitməkdə də çətinlik çəkirlər. Hətta yüngül depressiyada olanlar belə siqaretə meyilli olurlar.

    Dünya Səhiyyə Təşkilatının və ABŞ Xəstəliyə Nəzarət və Qarşısını alma Mərkəzinin məlumatına görə, hər il 5 milyona yaxın insan siqaret fəsadlarının qurbanı olur. Siqaret çəkənlərin ömrüdə 13-14 il daha qısa olur.
#12.04.2011 19:00 0 0 0