Ukraynanın məşhur "Boombox" qrupu aprelin 16-da Bakının əyləncə məkanlarından birində konsert verəcək.
Lent.az-ın məlumatına görə, qrup üzvləri meqa-hitlərindən əlavə yeni kompozisiyalarını da ifa edəcəklər. "Boombox"un solisti Andrey Xlıvinyuk Bakıda yaşayan pərəstişkarlarına maraqlı şou vəd edib.
"Boombox" fanatlarını başqa sürprizlər də gözləyir. Əcnəbi sənətçilər konsertdən öncə kumirlərə görüşəcəklər. İştirakçılar həmin məkanda şam da edə biləcəklər.
Lalə