Milk and Kiss Grupu

Son güncelleme: 15.04.2011 00:16
  • noimage

    Bu gün "Milk and Kiss" (Süd və öpüş) qrupu "Hardadır hisslər?" klipinin təqdimatını keçirib.

    Lent.az-ın məlumatına görə, qrup üzvləri yanvar ayından etibarən reper Toni ilə birlikdə layihə həyata keçirirlər. Musiqi iki nəfər tərəfindən ifa olunub və miks olunmaq üçün İngiltərəyə göndərilib. Bu, ifaçıların ilk klipi də sayıla bilər.

    Qrup üzvlərinin yeniliklərindən biri də Azərbaycan dilində danışmağa başlamalıdır. İndiyədək rus dilində danışan qızlar doğma dildə verdikləri açıqlamalarla mətbuatın qarşısına çıxıblar. Səlis danışmaqda çətinlik çəkən hər iki ifaçı əvvəlcədən hazırladıqları materialdan istifadə ediblər.

    Qeyd edək ki "Süd və Öpüş" payız aylarında reper Toni ilə konsert planlaşdırır. "Hardadır Hisslər" klipi Azərbaycan və Türkiyədə nümayiş olunacaq.

    Lalə Yusifqızı
#15.04.2011 00:16 0 0 0