Eşq rəvayəti

Son güncelleme: 28.04.2011 16:14
  • Eşq rəvayəti...

    noimagenoimagenoimage

    Dinləyin ey sevənlər,
    Sevgi nədir bilənlər.
    Sevgi ilə yaşayıb,
    Hər zaman sevilənlər.
    Sevgiyə inanmayın,
    Heç kəsə aldanmayın.
    Siz də mənə bənzəyib,
    Eşq oduna yanmayın.
    Sevgi çox əzablıdır,
    Dərdli, iztirablıdır,
    Heç bir zaman sevməyən,
    İnsan çox savadlıdır.
    noimage
    Mən bunları deyirəm,
    Təsdiq də eyləyirəm,
    Ona görə ki, indi,
    Özüm əzab çəkirəm.
    Mən də bir vaxt sevirdim,
    Sevərkən sevilirdim,
    Sevdiyim qızla birgə,
    Mən eşqi hiss edirdim.
    Amma, zaman dəyişdi,
    Bilmədim bu nə işdi,
    Sevdiyim o, gözəl qız,
    Məni yada dəyişdi.
    noimage
    Dedilər: səni atır,
    O, qız səni aldadır,
    Sən burda olmayanda,
    O, başqa oğlanladır.
    Mən inana bilmədim,
    Özümə gələ bilmədim,
    Çünki o, qıza qədər,
    Mən heç kəsi sevmədim.
    Dedim ki, bu ola bilməz,
    O, məni aldadamaz,
    Mənim sevdiyim gözəl,
    Mənə yalan danışmaz.
    noimage
    Amma, ki, bu beləymiş,
    Onlar doğru deyərmiş,
    O, qız mənə söz verib,
    Başqasını sevirmiş.
    Dedim: gözəl bu nədir?
    Axı bu nə deməkdir?
    Sənin yaşatdığın bu,
    Sevgi necə sevgidir?
    Dedi: yalan deyirlər,
    Bütün böhtan edirlər,
    Onlar səninlə məni,
    Ayırmaq istəyirlər.
    noimage
    Mən oğlan gilə getdim,
    Onunla söhbət etdim.
    O, qızdan əl çək sözün,
    Mən o, oğlana dedim.
    Oğlan dedi; Sevmirəm,
    Mən onu istəmirəm,
    O, qıza əl çək sözün,
    Mən özüm də deyirəm.
    O, məndən əl çəkməyir,
    Səni sevirəm deyir,
    Neynəyim, ay qardaşım,
    O, qız səni sevməyir.
    noimage
    Dedim: qardaş bağışla,
    Sən də məni düz anla,
    Daha sizə dəymərəm,
    Gedərəm öz yolumla.
    Amma, ki, nə olaydı,
    Mənim günüm qaraydı.
    Bütün bu əhvalatlar,
    Ürəyimə yaraydı.
    Sonra mən getdim evə,
    Zəng elədim yar gilə,
    Yarı çağırtdıraraq,
    Başladım mən söhbətə.
    Dedim: hər şeyi bildim,
    O, oğlandan eşitdim.
    noimage
    Hər şeyi fikirləşib,
    İndi qərara gəldim.
    Mən sizi tərk edəcəm,
    Öz yolumla gedəcəm.
    Amma, sən peşman olsan,
    Mən geri dönməyəcəm.
    Düzdür çətin olacaq,
    Mənim gözüm dolacaq,
    Mənim ürəyim hər an,
    Səninlə bir qalacaq.
    noimage
    Amma, nə etməliyəm?
    Mən indi getməliyəm,
    Yarım, mən bu gün sənə,
    Əlvida deməliyəm.
    Yarım heç nə demədi,
    Heç səsi də gəlmədi.
    Mən anladım ki, o, qız,
    Heç vaxt məni sevmədi.
    Sözümün canı budur,
    Sevgi çox pis duyğudur.
    Sevgi kimi əzablı,
    İkinci duyğu yoxdur.
    noimage
    Sevməyin ey cavanlar,
    Məni düz anlayanlar,
    Yalançı sevgi ilə,
    Dünyada yaşayanlar.
    Sevsəniz birin sevin,
    Sevgi qayğısın bilin.
    Çalışın bu həyatda,
    Siz sevgini hiss edin!!!

    noimagenoimagenoimage

    Alıntı
#16.04.2011 02:15 0 0 0
  • sair ne tez qocaldin sen????
#28.04.2011 15:34 0 0 0
  • sevgini hiss etmək - sevginin xoş və bədbin anlarını yaşamaqdır.
#28.04.2011 16:14 0 0 0