Arzulayıram ki, kiçik radiom olsun

Son güncelleme: 16.04.2011 04:00
  • "Arzulayıram ki, kiçik radiom olsun"

    noimage

    Aprelin 14, 15, 16-da "Planeta Parni iz Baku" KVN teatrı yeni proqramı ilə seyrçiləri Heydər Əliyev Sarayına toplayır. Kollektiv artıq iki günlük proqramı uğurla başa vurub. Teatrın rəhbəri Tahir İmanov səhnəyə çıxmadan öncə söylədi:

    - Biz eyni vaxtda üç yubileyi - "Planeta Parni iz Baku" KVN teatrının 10 illiyi, "Parni iz Baku" komandasının 20 illiyi və beynəlxalq KVN hərəkatının 40 illiyini qeyd edirik. Sanki zaman dayanıb.

    - Yeri gəlmişkən, "Planeta Parni iz Baku" KVN teatrının yubileyi Elçin Həmidovun xatirəsinə həsr edilir. Onun rollarını xatırlayırıq. O, necə insan idi?

    - Mənim üçün hər şeydən əvvəl peşəkar bir insan idi. Həyata, dostluğa, varlı və kasıb, nazir və ya süpürgəçi olmasından asılı olmayaraq, ətrafdakılara öz səmimi münasibətilə seçilən insan idi. Elçin belə insan olub, sonradan isə istedadlı aktyor kimi tanındı. Deyərdi ki, məhz bizim teatr sayəsində məşhurlaşıb. Mən bilirəm ki, onun uzun illər işlədiyi Musiqili Komediya Teatrında bu sözlərə həsəd aparacaqlar, lakin fakt faktlığında qalır. Bu, Elçin Həmidovun sözləridir.

    - Bu dəfə hansı yeniliklər var?

    - Baxmayanlar üçün kiçik bir açıqlama vermək istərdim. Adətən sonda parodiya nömrəsi olur, bu il də bu var, lakin fantastika janrında.

    - Bəs bu dəfə hədəf kimdir?

    - Siyasi və ictimai xadimlərin parodiyası ölkədəki korrupsiyaya qarşı aparılan mübarizə ilə bağlıdır. Bu mövzuya məşhur "Məhəllə" səhnəsində də toxunulur. Estrada ifaçılarının parodiyasına gəldikdə, ilk dəfə olaraq bizim teatr bunu fantastika janrında, lakin yumor prizmasından göstərir.

    - Nömrədə yadplanetlilər var?

    - Xeyr, biz, sadəcə, zamanı dəyişmişik. Əminəm ki, bu nömrə yaddaşlarda çox qalacaq.

    - Nömrələrinizdə adətən ikiüzlülük, korrupsiya, qorxaqlıq, bacarıqsızlıq kimi qüsurları ələ salırsınız.

    Şəms
#16.04.2011 04:00 0 0 0