Qızları başa düşmək mümkün deyil

Son güncelleme: 21.04.2011 10:27
  • Qızları başa düşmək mümkün deyil!

    noimage

    1. Kompliment desəniz "yalan" deyər, etməsəniz buraxar gedər!

    2. Hər istədiyinə "yaxşı elə olsun" desəniz xaraktersiz olarsınız, qarşı çıxarsanız anlayışsız!

    3. Yaxşı geyinsəniz "eşqbazsan" deyər, diqqət yetirməsəniz zövqsüzlüklə günahlandırar!

    4. Qısqanarsınız "xasiyyətin pisdi" deyər, qısqanmazsınız sevmirsən deyər!

    5. Sən "bir dəqiqə geciksən" qiyamət qopar, özü bir saat geciksə burda nə var deyər!

    6. Dostlarınızla görüşərsiniz adı "laqeydlik" olar, o görüşər "bizim qızlarnan idik də!" olar!


    7. Danışdığınız zaman dinləmənizi istər. Dinlədiyiniz zaman "niyə danışmırsan?" deyər!

    8. Siz televizorda futbola baxarsanız dünya vecinə deyil deyər, o seriala baxar qoy beş dəqiqə də mən baxım deyər! Çay istəyəndə də (zəng edəndə) reklamda gətirərəm (danışarıq) deyər!

    9. İlk mesajı sən yazarsan "indi yadına düşdüm"? olar, o yazar "mən yadına düşmürəm" olar!

    10. Öpərsəniz "mənimlə oyun oynama" deyər, Öpməssəniz "sən mənə qarşı heç bir hiss keçirmirsən" deyər!

    11. Tez-tez zəng edərsəniz "nə olub ee" deyər, etməssəniz "sən mənə qarşı çox səhlənkarsan" deyər!
#21.04.2011 10:27 0 0 0