Yoxsul bir gənc padşahın qızına aşıq olmuşdu. Bir gün ürəyini bir dərvişə açdı. Dərviş: "Şəhərin girişində, yolun kənrında otur. Kim nə deyir, desin ancaq "Allah" deyə cavab ver", - dedi. Gənc günlərlə, aylarla şəhərin girişində oturdu və dilindən "Allah" sözündən başqa heç bir söz çıxmadı. Vaxt keçdi, bu gənc xalq arasında məşhurlaşdı. Nəyahət, bu xəbər padşaha da çatdı. Padşah bu gəncin kim olduğunu öyrənmək üçün adamları ilə onun yanına gəldi: "Kimsən, nəçisən, dərdin nədir, nə istəyirsən?" - deyə soruşsa da, gəncin ağzından "Allah" sözündən başqa bir söz çıxmadı. O axşam dərviş gəncin yanına gəldi və:
_______*_____*_____*_____*_________
"Padşah sənə qızını təklif edənə qədər ondan heç bir şey istəmə!" - dedi. Ertəsi gün padşah yenə gəncin yanına gəldi. Çox çək-çevirdən sonra: "İstəyirsən səni qızımla evləndirim", - deyəndə dərvişin təəccüblü baxışları ilə: "Yox onu da istəmirəm", - dedi. Sonra özünü məzəmmət etdi: "Mən başqasının xətrinə "Allah" dedim, Allah padşahı ayağıma gətirdi, mənim kimi miskin bir adama padşahın qızını verdi. Əgər onun xətrinə "Allah" desəydim, kim bilir nələr olardı? Artıq mənə Ondan başqa heç kim lazım deyil"