Nura Suri öz ad gününü qeyd etdi

Son güncelleme: 21.04.2011 12:34
  • Nura Suri öz ad gününü qeyd etdi!

    noimage

    Məşhur müğənni Nura Suri ad gününü qeyd edib. SİA-nın məlumatına görə, müğənninin yubileyində ailəsi və yaxınları ilə yanaşı, sənət dostları da iştirak edib. Nuranı gül və hədiyyə yağışına tutanlar sırasında əməkdar artist Ədalət Şükürov, müğənnilərdən Elnur, Natavan Həbibi, Nurlan Növrəsli, Samira, Ramal, Samir Cavadzadə, repçilər Miri Yusif, ABD Malik, aparıcılar Tural Əsədov, Aynur Talıbova, Murad Arif, stilistlər Fuad Hacıyev, Syama, Nigar İbrahimova və digərləri olub.

    Gecə bir-birindən maraqlı məqamlarla yadda qalıb. Belə ki, bəstəkar İsa Məlikovun müğənniyə mahnı hədiyyəsi olub. Yubileylərini hər zaman təmtəraqla keçirən müğənni növbəti yubileyini 45 yaşında qeyd edəcəyini və təbriklərə, hədiyyələrə görə hər kəsə təşəkkürünü bildirib.

    Xatırladaq ki, Nura Suri 1976-cı ildə Bakıda hərbçi ailəsində anadan olub. Müğənninin valideynləri Qarabağ müharibəsi veteranlarıdır. Sənət yoluna 1991-ci ildə "İmkan" qrupunda başlayan Nura 2004-cü ildə yenidən səhnəyə qayıdıb. Populyar mahnıları sırasında "Yol", "Əlini çək", "Vətənim", "Səndən öyrəndim", "Nəğmələrində yaşayacağam" və s. var.
#21.04.2011 12:34 0 0 0