Olum ya Ölüm

Son güncelleme: 22.04.2011 07:56
  • Olum ya Ölüm?!

    Yaranmışın "əşrəfi", "tacı" sayılan ali şüurlu İnsan bütün həyatı boyu, kimisi naşılıq və nadanlıq üzündən , kimisi də bilə-bilə, şüurlu surətdə öz əliylə özünə balta vurur.
    Özü də bunu adi hal, həyat norması kimi qəbul edir,
    "yarananın hamısı ölüb gedəcək, 5 gün tez, 5 gün gec" sözləri ilə özünün iradə zəifliyinə , pis vərdişlərinə haqq qazandırmağa çalışır. Lakin hər kəsin həyatında gec-tez elə bir sərt, kritik məqam gəlib çatır ki, adam dayanıb, hər şeyə tamam başqa gözlə baxmaq, öz vərdişlərinə , öz həyat tərzinə tənqidi yanaşmaq, hər şeyi saf-çürük etmək zorunda qalır , nəticə çıxarır və son qərarını verir. Qəti Qərarını!
    Çünki belə adam təkcə ingiltərəli Hamleti deyil, zaman-zaman bütün nəsilləri düşündürən klasshik sual qarşısında qalmışdır: "Olum, ya Ölüm?"...
    Başının üstünü qəflətən alan ƏZRAİL səndən cavab gözləyir: seç, olum, ya ölüm?
    Sosial vəziyyətindən, varlı-kasıblığından, cinsindən ,səhhətindən asılı olmayaraq, hamı təbii ki, "olum"u seçir. Hətta canı salamat olanda lovğalanaraq ,
    "harda qırılar-qırılar" deyən "cəsur" da Əzrailin buz baxışları altında sarsılır, üşüyür, "yaşamaq istəyirəm" sözlərini dilinə gətirməsə də, samandan yapışır, ömrünü, heç olmasa, bir qədər uzatmağa çalışır.
    Bəli, cavan da , ahıl da mümkün qədər çox yaşamaq istəyir.
    Xaliqdən aman diləyir. Fəqət heç də hamımız tez ölməməyin, uzun ömür sürməyin, ən başlıcası isə, azar - bezarsız, gümrah, yaşamağın təhrini bilmirik. Halbuki uzun illər, özü də xəstəliyin acı tamını dadmadan, hətta "əsrin bəlası" kimi qorxunc və heybətli bir ad qazanmış xərçəng xəstəliyinə qalib gələrək yaşamaq mümkündür.
    Bunun üçün insan əzmkar olmalı,ona, səhhətinə zərər yetirə biləcək hər bir şeydən kənar durmalıdır.
    İnsan gündə neçə dəfə ayna qarşısında dayanıb qaş-gözünə, boy-buxununa heyran- heyran baxır . Fəqət, insan heç vaxt özünü görə bilmir.
    Olsa-olsa, öz hüsnü-camalını, dərisini, boynunu, qaş-gözünü görə bilir. Çünki ayna qabağında dayanan insan heç vaxt öz daxilinə nəzər salmaq təşəbbüsündə bulunmur. Daxili yalnız- mədəsi,ürəyi, qara ciyəri,yaxud başqa bir orqanı şıltaqlıq edəndə, gecə yatmağa, gündüz oturmağa qoymayanda, öd kisəsində, böyrəyində
    al-əlvan daşlar əmələ gələndə yada düşür. Dahi Yapon alimi Katsudzo Nişi isə bizə daxilimizə gündə bir neçə dəfə nüfuz etməyi məsləhət görür.
    Canınızın, sağlamlığınızın qədir qiymətini vaxtında bilin.


    Alıntı
#22.04.2011 07:56 0 0 0