130 min manat oğurlayan qrupun daha bir üzvü tutulub

Son güncelleme: 24.04.2011 16:24
  • noimage

    Mingəçevir şəhərində oğurluq və xuliqanlıq maddələri ilə barələrində cinayət işi açılan və axtarış elan edilən şəxslər tutulub.

    Mingəçevir şəhər Polis Şöbəsinin rəis müavini İlqar Hümbətov APA-nın Şirvan bürosuna bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 177.3.1, 177.3.2 maddələri ilə barəsində cinayət işi açılan və 2009-cu ilin iyulundan axtarışda olan Bərdə rayon sakini ,1979-cu il təvəllüdlü Əliyev Seymur Sadiq oğlu aprelin 22-də tutularaq istintaqa təhvil verilib. Müəyyən edilib ki, Seymur Əliyev hazırda həbsdə olan digər iki nəfərlə qrup halında birləşərək 2009-cu ildə Bakı şəhərində və müxtəlif rayonlarda 8 nəfərin mənzilindən və avtomobilindən ümumilikdə 130 min manatdan artıq pul oğurlayıblar.

    Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları aprelin 12-də Mingəçevir şəhərində xuliqanlıq edən və barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi açılan və axtarış elan edilən Goranboy rayon sakini, 1969-cu il təvəllüdlü Allahverdiyev Azər Gəray oğlunu aprelin 23-də tutaraq istintaqa təhvil veriblər.

    Hər iki faktla bağlı araşdırma davam etdirilir.

    Lent.az
#23.04.2011 14:53 0 0 0
  • eline sağlık sevinç. ama pek anlayamadım çok kelimeleri çözemedim.
#24.04.2011 16:24 0 0 0