Taixde Bugün 26 Aprel

Son güncelleme: 26.04.2011 06:45
  • Taixde Bugün - 26 Aprel

    _______________________________

    26 aprel. İlin sonuna 249 gün qalır


    1792. "Marselyoza" bəstələnib. Sonradan bu mahnı Fransanın dövlət himninə çevrilib

    1813. Rus sərkərdəsi Kutuzov vəfat edib

    1856. Amerikalı siyasəti, diplomat Henri Morqentau anadan olub

    1918. Zaqafqaziya Seymi tərəfindən Çxenkelinin başçılığı ilə yeni Zaqafqaziya hökuməti təsis edilib

    1920. Rusiya Kommunist partiyası Bakı bürosu və Azərbaycan Kommunist partiyasının birgə iclasında Müsavat hökumətini yıxmaq planı müzakirə edilib

    1944. Maldarlığın inkişafına görə Azərbaycan SSR, SSRİ Dövlət Müdafiə Komitəsinin keçici bayrağı ilə təltif edilib

    1966. Daşkənddə baş verən zəlzələ nəticəsində şəhər tamamilə dağılıb

    1986. Çernobıl AES-də qəza baş verib. Hadisə zamanı 7000-ə yaxın insan həlak olub, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst qalıb. AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanmaya məruz qalıblar

    1991. Rusiya Federasiyası Ali Soveti "Repressiya olunmuş xalqların reabilitasiyası haqqında" qərar verib

    2004. Çinə məxsus təyyarənin Yaponiyada qəzaya uğraması nəticəsində 200-dən çox insan həlak olub
#26.04.2011 06:45 0 0 0