Xaçmazda 15 yaşlı oğlan intihar etdi

Son güncelleme: 26.04.2011 06:50
  • noimage

    Yeniyetmənin özünü asmasının səbəbləri araşdırılır

    Xaçmaz rayonunda intihar hadisəsi baş verib. Xaçmaz şəhər Azərbaycan küçəsi ev 11-də yaşayan 1996-cı il təvəllüdlü Heydərov Eldar Nəriman oğlu həyətlərindəki yarımtikilidə özünü asıb.

    Xaçmaz rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, ölümün səbəblərini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub. Ekspertiza keçirildikdən sonra mərhumun ölümünün səbəbləri müəyyənləşəcək.

    Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

    Vəli Turan
#26.04.2011 06:50 0 0 0