Deyirsən ayrılaq bitsin bu sevgi
Ayrılsaq sevgimiz yetim qalacaq
Gözümün nuru dərdimin əlacı
Ayrılsaq sevgimiz yetim qalacaq
Mənsiz kim saçına düzər çiçək
Məni tək görənlər mənə güləcək
Küçəyə atılan körpə uşaq tək
Ayrılsaq sevgimiz yetim qalacaq
Qəlbimdə əbədi salmısan saray
Nə qalacaq bu sevgidən bizə pay
Deyən olmayacaqdır birde lay-lay
Ayrılsaq sevgimiz yetim qalacaq
Sevərin qisməti əzəldən nakam
Bu sevgidən biz almadıq ki ilham
Bir yaşı yenicə olmuşdur tamam
Ayrılsaq sevgimiz yetim qalacaq
Alıntı..