Alma yemek Xərçəng xəstəliyinə tutulma risqini azaldır

Son güncelleme: 26.04.2011 10:36
  • Alma yemek Xərçəng xəstəliyinə tutulma risqini azaldır

    noimage

    Hər gün müntəzəm olaraq alma yemək yoğun bağırsaq xərçəngi riskini azaldır. Araşdırma çərçivəsində 765 nəfər üzərində təcrübə aparılıb. Belə ki, Avropadakı xəstəxanalardan birində yoğun bağırsaq xəstəsi olan 592 xəstə ilə bu xəstəlikdən əziyyət çəkməyən 765 nəfər qarşılaşdırılıb. Nəticələrə görə, gündə bir alma yemək riski 50, birdən artıq alma yemək isə 65 faiz azaldır.

    Mütəxəssislərin sözlərinə görə, xüsusilə yoğun bağırsaq xərçənginin qarşısının alınmasında digər meyvə və tərəvəzlərin rolu elə də böyük deyil. Almanın bu qoruyucu özəlliyi onun tərkibindəki P vitamini olaraq bilinən "flavonoid" antioksidantı ilə əlaqələndirilir. Belə ki, bu vitaminlər hüceyrələrin zədələnməsinə mane olur və xərçəng hüceyrələrinin yaranaraq artmasının qarşısını alır. Antioksidantlar ən çox almanın qabığında olur. Bunun üçün də meyvəni qabığını soymadan qəbul etmək məsləhət görülür.
#26.04.2011 10:36 0 0 0