Dondurma resepti

Son güncelleme: 26.04.2011 18:17
  • Dondurma resepti

    noimage

    DONDURMA

    2 stəkan süd
    2 stəkan qaymaq
    5 iri yumurta sarısı (yumurtalar balacadırsa, 6 yumurta sarısı istifadə edin)
    3/4 stəkan şəkər tozu
    2 çay qaşığı vanil ekstraktı (pure vanilla extract)

    Südü və qaymağı qazana qoyub orta odda qaynadın. Qaynayan kimi kənara çəkin.
    İri qabda yumurta sarısı və şəkər tozunu mikser və yaxud da qaşıqla rəngi bir az açılanadək və kütlə bir qədər qatılaşanadək çalın. Qaynatdığınız süd-qaymağı yavaş-yavaş yumurtalı qarışığa əlavə edib qaşıqla dəyanmadan qarışdırın ki, yumurta bişməsin. Alınan qarışığı qazana geri tökün. Orta odda taxta qaşıqla dəyanmadan qarışdıra-qarışdıra kütlə bir az qatılaşanadək bişirin. Bu proses təxminən 7 dəqiqə çəkəcək. Südlü qarışığı süzgəcdən keçirmək şərtilə qaba boşaldın. Vanil ekstraktını qaba əlavə edib, qarışdırın. Qabı soyuducuya qoyun ki, dondurma tamamilə soyusun. Soyumuş dondurmanı soyuducudan çıxardaraq mikserlə və ya əldə bərk-bərk çalın və dondurmanı soyuducuya geri qoyun. Bundan sonra iki dəfə hər 30 dəqiqədən bir eyni addımı təkrarlayın.

    Nuş olsun...
#26.04.2011 13:13 0 0 0
  • emeğine sağlık
#26.04.2011 14:58 0 0 0
  • Teşekkür ederim can....bakan gözlerine saglıklar dilerim..
#26.04.2011 15:10 0 0 0
  • ben teşekkür ederim
#26.04.2011 18:17 0 0 0