Eldar və Nigarın Kiyev səfəri uğurlu olub

Son güncelleme:
  • noimage


    Promo-tur çərçivəsində hazırda Ukraynada səfərdə olan "Eurovision-2011" təmsilçilərimiz maraqlı görüşlər keçiriblər.

    Lent.az-ın müğənnilərin rəsmi saytına istinadən məlumatına görə, onlar Ukrayna və İngiltərə təmsilçiləri ilə birlikdə möhtəşəm ziyafətdə iştirak ediblər, daha sonra Kiyev küçələrini gəzib-dolaşıblar. Bundan başqa, təmsilçilərimiz avstriyalı Nadin Beylerlə parkda görüşüblər, moldovalı rok-qrup "Zdob şi Zdub" ilə nahar yeməyinə çıxıblar, Fransanın "Eurovision-2011" təmsilçisi Amori Vasili ilə birlikdə məşq ediblər.


    Axşam isə Ukraynanın birinci kanalında "Blue" qrupu ilə birlikdə şou-proqramların birində qonaq olublar.

    Eldarla Nigar minlərlə insan qarşısında böyük konsert proqramı ilə çıxış ediblər. Ukrayna bayraqlarının arasında Azərbaycan bayraqları da olub. Həmyerlilərimiz, gənc tələbələr təmsilçiləri dəstəkləyəcəklərini bildiriblər.

    Lalə
0 0 0