Eurovision təmsilçilərimiz Ermənistanda da çıxış etməyə hazırdırlar

Son güncelleme: 27.04.2011 17:41
  • noimage

    Təşkilat Komitəsi: "Bu, düzgün cavabdır"

    Bu il Azərbaycanı "Eurovision-2011" müsabiqəsində təmsil edəcək Eldar Qasımov və Nigar Camal "Komsomolskaya pravda" qəzetinin Ukrayna versiyasında oxucularının suallarını cavablandırarkən Ermənistanda çıxış etməyə hazır olduqlarını bildiriblər.


    Lent.az-ın "Komsomolskaya pravda" qəzetinə istinadən verdiyi məlumata görə, oxuculardan birinin "əgər "Eurovision" İrəvanda keçirilsəydi, ora gedərdiniz?" sualına təmsilçilərimiz belə cavab verib: "Biz həmişə bütün ölkələrdən dəvət gözləyirik. Biz hər yerdə keçirilən konsertlərdə iştirakdan şad olarıq".


    "Eurovision" müsabiqəsi üzrə Azərbaycanın təşkilat komitəsindən Lent.az-a təmsilçilərin cavabının düzgün olduğunu bildiriblər: "Bu sual qarşısında onların verdikləri cavab düzgün cavabdır. Bildiyiniz kimi, musiqi və idman yarışlarında siyasi məsələlər qaldırıla bilməz. Bizdə keçirilən beynəlxalq idman yarışmalarına Ermənistandan gələn olub. Eləcə də beynəlxalq musiqi yarışmalarına tərəflər gedə bilər".

    Xəyalə
#27.04.2011 16:17 0 0 0
  • hadi hayırlısı olsun sarsın inşallah gönül ya siz birinci olsun ya biz ister.
#27.04.2011 17:00 0 0 0
  • Amin...iki kardeş ülkeden biri olsun....Azerbaycan ve Türkye...
#27.04.2011 17:40 0 0 0
  • amin sarsın.
#27.04.2011 17:41 0 0 0