"ATV" telekanalının yayımı yarımçıq qalan proqramı "Onun yarısı" yenidən ekrana qayıdır.
Lent.az-n məlumatına görə, bu barədə xəbəri teleaparıcı Zaur Baxşəliyev "facebook" səhifəsində elan edib. Z.Baxşəliyev bildirib ki, hazırda onun təqdimatında nümayiş olunan "Bəxtəvər" verilişi bu həftə bitəcək.
"Onun yarısı" isə mayın 2-dən etibarən ekranlara qayıdır.