Tarixde Bugün 29 Aprel

Son güncelleme: 29.04.2011 08:58
  • Tarixde Bugün - 29 Aprel

    ____________________________

    29 aprel. İlin sonuna 246 gün qalır.

    1770. İngilis səyyah Ceyms Kuk ilk dəfə Avstraliyaya qədəm basıb

    1854. Fransız astronom, filosof Anri Puankare anadan olub

    1882. Dünyada ilk trolleybus xətti Berlində istifadəyə verilib

    1884. Oksford universitetinə qadınların qəbul edilməsinə icazə verilib

    1899. "Jamais Contente" adlı elektromobil ilk dəfə 100 km/saat limitini keçib

    1901. Yapon imperatoru Hirohito anadan olub

    1916. Bəstəkar Ədilə Hüseynzadə anadan olub

    1919. Kinorejissor Əjdər İbrahimov anadan olub

    1920. Nəriman Nərimanovun başçılığı ilə Azərbaycanda yeni hökumət qurulub

    1943. Türk silahlı qüvvələri baş qərargah rəisi İlkər Başbuğ anadan olub

    1945. Sovet tankları Berlinə girib

    1982. Çində əhalinin sayının 1 milyardı keçməsi rəsmən açıqlanıb

    1991. Banqladeşdə siklon 138 000 nəfərin həyatına son qoyub

    1992. Azərbaycan Cənubi Afrika Respublikası ilə diplomatik əlaqələr qurub

    1994. Azərbaycan Respublikasının prezidentinin fərmanı ilə Ramil Usubov daxili işlər naziri təyin edilib

    2002. Avropa İnsan Haqları Məhkəməsi evtanaziyanın leqallaşdırılması təklifini rədd edib

    2009. Azərbaycan istehsalı olan "İstiqlal" iriçaplı snayper tüfəngi Türkiyədə keçirilən beynəlxalq silah sərgisində nümayiş etdirilib

    2009. Belçikaya səfəri çərçivəsində prezident İlham Əliyev NATO-nun baş katibi Yap de Hup Şefferlə görüşüb
#29.04.2011 08:58 0 0 0