Reper ProMete müğənni Səbinə Babayeva ilə oxuduğu duetin - "Biləcəridən o tərəfə - Bonjour Glamour"un klipində rol almaq istəyənlər üçün elan verib.
Reper gənc qız və oğlanları çəkilişə cəlb etmək üçün maraqlı üsula əl atıb. Lent.az-ın məlumatına görə, "H.O.S.T" qrupunun üzvlərindən olan gənc reper PRoMete "facebook" rəsmi səhifəsində elan verib. Sosial şəbəkəyə fotoşəkillər və e-mail adreslə müraciət edən gənclərin arasından seçilənlər klipdə oynamaq şansı qazanacaqlar.