Amerikadan Türkiyəyə azərbaycanlı terrorçu ilə bağlı xəbərdarlıq

Son güncelleme: 05.05.2011 08:00
  • noimage

    "Əl-Qaidə" üzvü olan 26 yaşlı Anarın yeri müəyyənləşdirilir

    ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Türkiyənin Milli Kəşfiyyat Təşkilatına (MİT) xəbərdarlıq edib.


    Lent.az-ın Türkiyənin "Sabah" qəzetinin saytına istinadən verdiyi məlumata görə, CİA-dan göndərilən məxfi sənəddə İraq və Suriyadan Türkiyə ərazisinə iki terrorçu qrupun daxil olacağı bildirilir. Məlumata görə, ABŞ-ın Türkiyədəki səfirliyi və kilsələrdə terror hazırlayan qruplaşmaların üzvləri Əbdülsəttar Əbülcabbar, əl-Mula Məhəmməd və Hüseyn Məhəmməd İraqdan Suriyaya keçməyi, Suriyanın İdlip şəhərindən Türkiyə ərazisinə daxil olmağı planlaşdırırlar.


    Bu arada Türkiyə xüsusi xidmət orqanları Bitlis vilayətinin Güloymaq qəsəbəsində "əl-Qaidə" üzvü olan Samah N.A kod adlı terrorçunu yaxalayıb. Araşdırmalar zamanı məlum olub ki, Səudiyyə Ərəbistanı vətəndaşı olan bu şəxs 2010-cu il dekabrın 24-də bu ölkədən deportasiya edilib. Sonradan o da məlum olub ki, Samah N.A Türkiyəyə Azərbaycan vətəndaşı olan "əl-Qaidə" üzvü, 26 yaşlı Anar.A adlı şəxsin köməkliyi ilə gəlib. Kod adının Tolha olduğu müəyyənləşdirilən azərbaycanlının terror təşkilatı ilə sıx əlaqədə olduğu bildirilir. Hazırda onun yerinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
#04.05.2011 23:06 0 0 0
  • tşk
#05.05.2011 08:00 0 0 0