Ata anası övladlarından 1 -ni öldürüb, digərini isə qəfəsə salıb – FOTO

Son güncelleme: 05.05.2011 23:57
  • noimage


    ABŞ-da qəfəsdə saxlanılan 7 yaşlı qızcığaz acından dərisini yeməyə başlayıb

    ABŞ-ın Virciniya ştatında oğurlanmış qızıl külçə axtaran polis şübhəli saydığı 29 yaşlı Brayn və 24 yaşlı Şannon Qor cütlüyünün evində axtarış aparıb.


    Lent.az-ın "haberturk.com" saytına istinadən verdiyi məlumata görə, polis evdə qaranlıq bir otaqda qəfəsin içərisində 6-7 yaşı olduğu təxmin edilən bir qız uşağı tapıb. Çılpaq və bədəni çirk içərisində olan gənc qızın ana və atası saxlanılıb. Qızın keçən ilin yay ayından indiyə qədər qəfəsdə saxlanıldığı məlum olub. Polis bildirib ki, əgər qız bir həftə gec aşkar olunsaymış, acından ölə bilərmiş. Zavallı qız o qədər acıbmış ki, alnından tökülən dəri qabıqlarını yeyirmiş. Uzun müddət qəfəsin içərisində qaldığı üçün yeriyə də bilməyib.

    Ər və arvad daum sindromlu uşaqlarını bu yolla nəzarətdə saxladıqlarını iddia edib. Polis qıza səhərlər bir qurabiyə, axşamlar isə sendviç verildiyini qeyd edib. Qızın sənədləri də tapılmayıb. Aydın olub ki, anası doğum üçün heç bir xəstəxanaya getməyib.

    Polis bu cütlüyün evinin bağçasında da axtarış aparıb və 1 körpə cəsədi tapıb. Bir aylıq olduğu təxmin edilən körpənin cinsiyyəti və ölüm səbəbi araşdırılır.
#05.05.2011 23:57 0 0 0