Tarixde Bugün - 7 May

Son güncelleme: 07.05.2011 00:11
  • Tarixde Bugün - 7 May
    ___________________________

    7 may. İlin sonuna 238 gün qalır

    1610. Qaliley Yupiterin 3 peykini aşkar edib

    1785. Fransız Jan Blanşar və ingilis Con Cefri ilk dəfə hava şarında La Manş boğazını keçib

    1832. Yunanıstan müstəqilliyini elan edib

    1840. Rus bəstəkar Pyotr Çaykovski anadan olub

    1915. Alman sualtı qayığı İngiltərəyə məxsus "Luzitaniya" gəmisini batırıb. Təqribən 1200 nəfərin ölümünə səbəb olan bu hadisə həm də ciddi diplomatik böhrana yol açıb

    1920. Azərbaycan İnqilab komitəsi Azərbaycan SSR-in Qızıl Ordu və Qızıl Donanmasının təşkili haqqında dekret verib

    1926. Rəssam Cəbrayıl Əzimov anadan olub

    1992. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq, əməkdaşlıq, mehriban qonşuluq barədə saziş imzalanıb

    1995. Azərbaycan və Gürcüstan arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizədə əməkdaşlıq haqqında Saziş imzalanıb

    1996. Qahirədə Azərbaycanla Misir arasında təhlükəsizlik və əməkdaşlığa dair saziş imzalanıb

    2000. Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib

    2003. 100 ildə bir təkrarlanan nadir astroloji hadisə baş verib: Merkuri Yerlə Günəşin arasından keçib

    2008. Rusiyanın hazırkı prezidenti Medvedevin andiçmə mərasimi keçirilib
#07.05.2011 00:11 0 0 0