Tarixde Bugün - 9 May

Son güncelleme: 08.05.2011 22:00
  • Tarixde Bugün - 9 May
    _______________________

    9 may. İlin sonuna 236 gün qalır.

    1805. Alman şair Fridrix Şiller vəfat edib
    1913. "Fantomas" filmi ekrana çıxıb
    1920. 2000-lik gürcü qoşunu Qaraçöp kəndi yaxınlığında Azərbaycan sərhədini keçib. Bu, Gürcüstanın Azərbaycan SSR-ə növbəti təxribatı idi
    1921. I Ümumazərbaycan sovetlər qurultayı başa çatıb
    1922. Dövlət Dram Teatrında Cəfər Cabbarlının "Almaz" pyesinin ilk tamaşası keçirilib
    1924. Azərbaycan Kommunist partiyasının VI qurultayı başa çatıb
    1930. Futbolçu, SSRİ-nin əməkdar idman ustası Ələkbər Məmmədov anadan olub
    1936. Mussolini Efiopiyanın İtaliyaya birləşdirildiyini açıqlayıb
    1944. Sevastopol azad edilib. Şəhərin alman faşistlərindən təmizlənməsində azərbaycanlılar həlledici rol oynayıb
    1945. Sovet bayrağı Reyxstaq üzərinə sancılıb. Bu tarix keçmiş SSRİ-də bayram kimi qeyd edilir
    1950. İqtisadçı Robert Şuman Vahid Avropa ideyasını irəli sürüb. Bu tarix hər il "Avropa günü" kimi qeyd edilir.
    1955. Almaniya Federativ Respublikası NATO-ya qəbul edilib
    1960. ABŞ-da kontraseptiv vasitələrin satışına icazə verilib
    1967. ABŞ ordusunda xidmətdən imtina edən Məhəmməd Əlinin dünya çempionu titulu əlindən alınıb
    1974. Sevastopolda 77-ci milli Azərbaycan diviziyasının şərəfinə abidə qoyulub
    2004. Qroznıda terror aktı nəticəsində çeçen prezidenti Əhməd Kadırov həlak edib
#08.05.2011 22:00 0 0 0