Məşhur şoumen yaxtasını satır

Son güncelleme: 08.05.2011 23:38
  • noimage

    Türkiyənin məşhur komediya ustalarından olan Cem Yılmaz "Samatya" adını verdiyi "Azimut 58" markalı yaxtasını satır.

    Lent.az-ın "haberturk.com" saytına istinadən verdiyi məlumata görə, Cem Yılmazın köməkçisi Önər İşıq Ataköy Marina limanında lövbər salan yaxtanın satışa çıxarıldığını təsdiq edib.


    Cem Yılmaz "Samatya"nı 1 milyon 250 min avroya satmaq istəyir.

    Qeyd edək ki, Cem Yılmaz bahalı avtomobillərə və yaxtalara marağı ilə məşhurlaşıb.
#08.05.2011 23:38 0 0 0