Məşhur müğənnilərimiz pivə məclisində

Son güncelleme: 10.05.2011 09:18
  • noimage

    Mayın 21-də Bakıda Pivə Festivalına start veriləcək.

    Lent.az-ın məlumatına görə, festival çərçivəsində böyük mədəniyyət proqramı planlaşdırılır. Qonaqlar tanınmış musiqi kollektivlərinin çıxışlarını dinləməklə yanaşı, müxtəlif maraqlı müsabiqələrdə və əyləncəli yarışlarda iştirak edə biləcəklər.

    Pivə festivalında məşhur müğənnilərin iştirakı gözlənilir-xalq artisti Zülfiyyə Xanbabayeva, Natəvan Həbibi, "Dəyirman" rep qrupu, Zamiq və Elnur gecəyə dəvət olunan qonaqlar sırasındadır. Festivalın əsas sürprizi isə 2003, 2004, 2007 və 2010-cu illərdə "Muz-Tv" mükafatlarını qazanmış Rusiyanın tanınmış "Diskoteka Avariya" qrupu olacaq.
    Lalə
#10.05.2011 09:18 0 0 0