Aysel Teymurzadə və Səfurə Əlizadə Düsseldorfa gediblər

Son güncelleme: 10.05.2011 09:25
  • noimage

    Azərbaycanı ötən illərdə "Eurovision" yarışmalarında təmsil etmiş ifaçılar Aysel Teymurzadə və Səfurə Əlizadə builki təmsilçilərə dəstək olmaq üçün Almaniyaya gediblər.

    APA-nın Düsseldorfa ezam olunmuş müxbirinin verdiyi məlumata görə, A. Teymurzadə və S. Əlizadə artıq "Eurovision-2011" yarışmasının keçiriləcəyi Düsseldorf şəhərindədirlər. Hər iki xanım mayın 10-da Eldar və Nigarın çıxışını "Esprit Arena"da canlı izləyəcək.
#10.05.2011 09:25 0 0 0