Məşhur müğənni alkoqolizm və narkomaniyadan müalicə olunur

Son güncelleme: 10.05.2011 09:42
  • noimage

    Məşhur müğənni Uitni Hyuston könüllü şəkildə alkoqolizm və narkomaniya əleyhinə ambulator reabilitasiya proqramı keçir.

    Lent.az-ın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, Hyustonun harada müalicə olunduğu və kursun nə qədər davam edəcəyi dəqiq açıqlanmayıb.

    Məlumatda bildirilir ki, sənətçi müalicə alsa da, yaradıcılığını da davam etdirir. Məsələn, o, ötən həftə Los-Ancelesdə çıxış edib.

    Xatırladaq ki, 47 yaşlı sənətçi bundan öncə də içki və narkotik maddə asılılığından müalicə olunub. 2009-cu ildə uzun fasilədən sonra müğənni yeni albomunu çıxaran zaman müalicə aldığını elan etmişdi. Lakin sənətçinin 2010-cu ildəki dünya turnesi tənqidçilər tərəfindən mənfi qiymətləndirildi. Tamaşaçılar isə ifanın yüksək səviyyədə olmamasından şikayətləndi. O zaman U. Hyuston özünü yaxşı hiss etmədiyinə görə, konsertlərinin bir hissəsini təxirə salmışdı.
#10.05.2011 09:42 0 0 0