Faiq Ağayev ATV ilə barışdı

Son güncelleme: 10.05.2011 09:45
  • noimage

    Uzun müddətdir, ATV kanalına çıxmasına qadağa qoyulan xalq artisti Faiq Ağayev bu gün sözügedən kanalda görünüb.

    Lent.az-ın məlumatına görə, müğənni bir neçə gün öncə "facebook" səhifəsində ATV-nin "Gün keçdi" proqramında iştirak edəcəyini bildirib. Xalq artisti Lent.az-a açıqlamasında kanalla aralarında olan problemin aradan qaldırıldığını deyib: "Qardaşlar arasında da söz-söhbət olur. Necə barışdığımız barədə danışmaq istəmirəm, əslində mən heç vaxt bu mövzuda danışmamışam. Həmişə kanalın rəhbərliyinə və kollektivinə hörmətim olub, bu münasibəti də saxlamışam. ATV kanalı da bu müddət ərzində heç vaxt əleyhimə fikir, süjetlərdən istifadə etməyib".


    Qeyd edək ki, xalq artisti kanalda səhər bir saat canlı yayımda olub.

    Lalə Yusifqızı
#10.05.2011 09:45 0 0 0