evrovision 2011 Azerbaycan/Avrovisia 2011 Azerbaycan final/finalda Azerbaycan
Azərbaycan təmsilçiləri Eldar və Nigar Düsseldorfda "Eurovision-2011" mahnı müsabiqəsinin finalına vəsiqə qazanıblar. Onların yarımfinalda "Running Scared" mahnısı ilə çıxışı uğurlu alınıb. Birinci yarımfinalda 19 iştirakçı ölkədən olan müğənnilər çıxış ediblər. Tamaşaçı səsverməsi və peşəkar münsiflərin qərarı ilə 10 iştirakçı finala vəsiqə qazanıb. Təmsilçilərimizlə yanaşı, rusiyalı Aleksey Vorobyov, serbiyalı vokal ifaçısı Nina, litvalı müğənni Evelinv Sasenko, yunan artistlər Lukas Yorkas və Stereo Mayk, Gürcüstanın rok-qrupu "Eldrine", isveçrəli Anna Rossinelli, macar Kati Vulf, finlandiyalı Paradis Oskar və İslandiyadan olan "Sjonni's Friends" kollektivi finalda mübarizə aparmaq hüququ əldə edib.
Final konserti mayın 14-də keçiriləcək.