Ermənistan Eurovision nəticələrindən şikayət edib

Son güncelleme: 13.05.2011 12:18
  • noimage

    Ermənistanın "Eurovisoin-2011" Mahnı Müsabiqəsinin yarımfinalından məğlub ayrılan iştirakçısı Emmi səsvermə ilə bağlı müsabiqənin təşkilat komitəsinə etiraz məktubu göndərib.

    Lent.az-ın "RİA Novosti"yə istinadən məlumatına görə, Emmi yarışın təşkilindən şikayətlənib. Onun fikrincə, yarımfinal elə təşkil olunub ki, bir çox Avropa tamaşaçıları ona səs verə bilməyib. Buna görə də o, Avropa Yayım Birliyinə şikayət edib.

    Emminin prodüseri və anası Nadejda Sarkisyan qeyd edib ki, ermənilərin "Boom-Boom" mahnısı müsabiqənin ən yaxşı mahnılarından biridir: "Bütün Almaniya indiyədək klub və küçələrdə bizim mahnımızı səsləndirir. Ermənilərin çox olmadığı digər ölkələrdə də bu mahnı oxunur".

    Lalə
#13.05.2011 12:18 0 0 0