Mayın 10-da Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision 2011" mahnı müsabiqəsinin yarımfinalında finala çıxan təmsilçimiz Nigar Camal final öncəsi vaxtının xeyli hissəsini Almaniyaya yanına gələn iki qızı ilə keçirib.
Lent.az-ın müğənninin rəsmi saytına istinadən məlumatına görə, müğənni qızlarının yanında olmasını stimul kimi qiymətləndirib: "Uzun həftələrdən sonra axır ki, qızlarımın üzünü gördüm. Onların burda olması məni qələbə əldə etmək üçün daha da ruhlandırır. Çox xoşbəxtəm."
Qeyd edək Nigar Camal və Eldar Qasımov dueti mayın 14-də "Running Scared" mahnısı ilə finalda mübarizə aparacaq.