İçində 500 sərnişin olan təyyarəni ildırım vurdu

Son güncelleme: 14.05.2011 01:33
  • noimage

    Birləşmiş Ərəb Əmirliklərinə məxsus "A380" təyyarəsi səmada çox həyəcanlı dəqiqələr yaşayıb.

    Lent.az-ın "The Daily Mail"ə istinadən verdiyi məlumata görə, Dubaydan Londona uçan təyyarə "Heathrow" hava limanına yaxınlaşanda onu ildırım vurub. Dramatik anları fotoqraf Kris Dousun təsadüf nəticəsində lentə alıb.

    Videoda pilot kabinəsini 2 dəfə ildırım vurduğu görünür. Ekipaj üzvlərindən və 500 sərnişindən heç biri yaralanmayıb. Təyyarə bir neçə dəqiqə sonra sağ-salamat hava limanına enib.

    noimage
#14.05.2011 01:33 0 0 0