Sevda Yahyayeva fanatları üçün sürpriz hazırlayıb

Son güncelleme: 15.05.2011 00:20
  • noimage

    Mayın 15-də fanatları ilə görüşə hazırlaşan gənc müğənni Sevda Yahyayeva məxsusi olaraq pərəstişkarları üçün hazırladığı sürprizi təqdim edəcək.

    Müğənninin meneceri Pərviz Əsgərov sürprizin nədən ibarət olduğunu Lent.az-a açıqlayıb: "Sevda musiqisi və sözləri Rəhim Rəhimliyə məxsus olan "Heç qayıtma" mahnısını eksklüziv olaraq fanatlarına təqdim edəcək. Sürprizin digərini isə açıqlamaq istəmirəm"

    Qeyd edək ki, görüşdə o, həm də yeni çıxan "Dinlə" mahnısının imza mərasimi keçirəcək.

    Lalə
#15.05.2011 00:20 0 0 0