Tarixde Bugün - 15 May

Son güncelleme: 15.05.2011 01:09
  • Tarixde Bugün - 15 May
    ___________________________

    15 may. İlin sonuna 230 gün qalır.

    756. Kordova əmirliyi yaradılıb

    1610. XIII Lui Fransa kralı olub

    1618. Alman astronomu İohan Kepler planetlərin hərəkət qanununu kəşf edib

    1673. Bioloqlar Kornelius və Roza Barl qara zanbaq yetişdirdiklərinə görə mükafat alıblar

    1718. Britaniyalı vəkil Ceyms Pükl (James Puckle) pulemyotu kəşf edib

    1756. İngiltərə Fransaya müharibə elan edib, "Yeddiillik müharibə" başlayıb

    1811. Paraqvay İspaniyadan ayrılaraq müstəqilliyini elan edib

    1859. Fransız fiziki Pyer Küri anadan olub (vəfatı 1906)

    1875. Kolumbiyada 45 saniyə davam edən zəlzələ 16 min insanın həyatına son qoyub

    1891. Rus yazıçısı Mixail Bulqakov anadan olub (vəfatı 10 mart 1940)

    1902. Portuqaliya müflis olduğunu elan edib

    1905. ABŞ-ın Nevada ştatında Las-Veqas şəhərinin əsası qoyulub

    1918. ABŞ-ın paytaxtı Vaşinqton ilə Filadelfiya və Nyu-Yorkun şəhərləri arasında ilk aviapoçt işləməyə başlayıb

    1920. Şuşa inqilab komitəsi təşkil edilib

    1920. Azərbaycan inqilab Komitəsi respublika ərazisindəki meşələrin, suların və yeraltı sərvətlərin milliləşdirilməsi haqqında dekret verib

    1922. Bəstəkar Rauf Hacıyev anadan olub

    1926. Son Osmanlı padşahı Vahideddin (VI Mehmet) Suriyada vəfat edib (doğum 1861)

    1928. Walt Disneyin qəhrəmanı "Mikki-Maus" ilk dəfə "Plane Crazy" adlı cizgi filmi ilə ekranlara çıxıb

    1929. ABŞ-da Kino Sənəti və Elmləri Akademiyası ilk mükafatlarını təqdim edib. ABŞ istehsalı olan səssiz film "Wings" ən yaxşı film mükafatını alıb. Bu mükafat 1931-ci ildən sonra "Oscar" adı ilə tanınıb

    1930. Amerikalı Ellen Şörş ilk stüardessa qadın kimi tarixə düşüb

    1935. Stalin tərəfindən 1931-ci ildə inşası başladılan və dünyanın ən böyük metrolarından biri olan Moskva metrosu istifadəyə verilib. Layihə Almaniyanın "Siemens" şirkəti ilə birgə reallaşdırılıb

    1940. Amerikada ilk "McDonalds" açılıb

    1942. "Boing 367-80" sərnişin təyyarəsinin ilk uçuşu keçirilib

    1943. Rəssam Əzim Əzimzadə vəfat edib

    1948. SSRİ İsrail dövlətini tanıdığını bildirib

    1955. Vyanada Belveder sarayında Staatsvertraq müqaviləsi imzalanıb və bu müqaviləyə əsasən İkinci Dünya müharibəsində müttəfiq 4 ölkə müstəqil, suveren və demokratik olan Avstriyaya toxunmayacaqları barədə razılığa gəliblər

    1957. Sovetlər Birliyi "Sputnik3" peykini fəzaya buraxıb

    1960. Sovetlər Birliyi "Sputnik4 peykini fəzaya buraxıb

    1972. 1945-ci ildən bəri ABŞ işğalı altında olan Okinava adası yenidən Yaponiyanın tabeliyinə keçib

    1976. İran İraqla dostluq müqaviləsi imzalamaq üçün razılığa gəlib

    1988. 8 ildən çox surən vuruşmalardan sonra Sovet Qızıl Ordusu Əfqanıstandan geri çəkilməyə başlayıb

    1990. Van Qoqun "Həkim Qaşenin portreti" adlı tablosu o günə qədər heç bir rəsm üçün ödənilməyən qiymətə - 82,5 milyon dollara satılıb

    1991. Edit Kresson Fransanın ilk qadın baş naziri olub

    1992. AXC fəalları parlament binası və digər dövlət obyektlərinə hücum edib. Prezident Ayaz Mütəllibov gizlicə ölkəni tərk edib

    2004. İstanbulda keçirilən 49-cu "Eurovision" Mahnı Müsabiqəsində Ruslana Ukraynaya ilk birincilik qazandırıb...
#15.05.2011 01:09 0 0 0