Azərbaycan Türkiyə ilə birgə silah istehsal edəcək

Son güncelleme: 15.05.2011 01:26
  • noimage

    Ölkəmiz İstanbul sərgisində 89 adda silah-sursatla təmsil olunur

    Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar Türkiyənin İstanbul şəhərində keçirilən "IDEF-2011" X Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilir. Lent.az-ın məlumatına görə, bununla bağlı nazir Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərə yollanıb.

    89 adda müdafiə təyinatlı məmulatla "IDEF-2011" sərgisində təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar sərgiyə qatılan digər ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla izlənilir.

    Sərgi çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin qabaqcıl şirkətləri arasında top, minaatan, snayper tüfəngi və gecəgörmə cihazlarının birgə istehsalına dair niyyət protokolları imzalanıb.
#15.05.2011 01:26 0 0 0