Bu gün vətənə qayıdan "Eurovision-2011" müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı parkda yerləşən heykəlini ziyarət ediblər.
Lent.az-ın məlumatına görə, Azərbaycana qələbə gətirən təmsilçilərimiz mərhum prezidentin heykəli önünə gül-çiçək dəstəsi qoyublar.
Təmsilçilərimizi çoxsaylı gənclər və fanatlar güllər və bayraqlarla müşayiət ediblər.
Daha sonra Eldar və Nigar jurnalistlərə qısa açıqlama veriblər. Onlar göstərdikləri dəstəyə görə bütün mətbuat işçilərinə minnətdarlıqlarını bildiriblər və sabah mətbuat konfransının keçiriləcəyini elan ediblər.