17 ci Kral Musiqi Mükafatında Tarkan gecəsi

Son güncelleme: 18.05.2011 17:01
  • noimage

    Tarkan 7 nominasiya üzrə mükafata layiq görüldü

    Türkiyənin "Kral" televiziyasının təsis etdiyi 17-ci Kral Musiqi Mükafatının yeni sahibləri müəyyənləşib.

    "Haliç Konqre" mərkəzində keçirilən təqdimat mərasimi Türkiyənin NTV, Kral TV, 100 yerli, eləcə də Azərbaycan, İsrail və Balkanlar vasitəsilə canlı yayımlanıb. Lent.az-ın mərasimdə iştirak edən əməkdaşının məlumatına görə, gecədə ən çox mükafat qazanan sənətçi Tarkan olub. Tarkan "Ən yaxşı mahnı", "Radiolarda ən çox səslənən müğənni", "Ən yaxşı albom", "Ən yaxşı bəstə", "Ən yaxşı klip", "Ən yaxşı mahnı sözü" və "Ən yaxşı kişi sənətçi" nominasiyaları üzrə 17-ci Kral Musiqi Mükafatına layiq görülüb.

    Müğənnilər Orxan Gəncəbay və İbrahim Tatlısəsə isə "Şərəf ödülü" verilib.
    Təqdimat mərasiminin sonunda Tarkan səhnəyə çıxıb. Onunla birlikdə Sezən Aksu da tamaşaçılara yeni mahnılarını təqdim edib.

    Mükafatın sahibləri bunlardır:
    Ən yaxşı çıxış edən sənətçi - Berkay
    Ən yaxşı film musiqisi - "Çox Filim Hareketler Bunlar"
    Ən yaxşı serial musiqisi - "Öyle Bir Geçer Zaman ki"
    Ən yaxşı klip - Tarkan - "Öp"
    MÜYAP Dijital Satış Mükafatı - İnternetdən qanuni olaraq en çox dinlənilən mahnı Mustafa Ceceli - Dön
    Ən yaxşı duet - Mustafa Ceceli və Elvan Günaydın - "Eksik"
    Kral FM Türk Sənət Musiqisi Xüsusi Mükafatı - Nev
    Kral FM Türk Xalq Musiqisi Mükafatı - Kubat
    Ən yaxşı mahnı sözü - Tarkan - "Sevdanın son vuruşu"
    Ən yaxşı bəstə - Tarkan - "Sevdanın son vuruşu"
    Ən yaxşı aranjiman - Ozan Çolakoğlu- "Sevdanın son vuruşu"
    Ən yaxşı layihə Mükafatı - Ozan Doğulu - 130 BPM
    Radiolarda ən çox səslənə mahnı - Ziynet Sali - "Röya"
    Ən yaxşı qrup - Gripin
    Ən yaxşı albom - Tarkan - "Adımı kalbine yaz"
    Ən yaxşı qadın sənətçi - Sertab Erener
    Ən yaxşı kişi sənətçi - Tarkan
    Ən yaxşı mahnı - Tarkan - "Sevdanın son vuruşu"
    Radiolarda ən çox səslənən müğənni - Tarkan

    Lalə Yusifqızı

    noimage

    noimage

    noimage

    noimage
#18.05.2011 17:01 0 0 0