Müğənni Roza Zərgərli və onun qızı

Son güncelleme: 19.05.2011 00:27
  • noimage

    Gənc Tamaşaçılar Teatrında "Həftə içi" qəzeti tərəfindən təsis olunan "Yaxşıların yaxşısı" diplomunun mükafatlandırma mərasimi keçirilib. Qeyd edək ki, mükafatlar cəmiyyətin bütün sahələrində çalışan nüfuzlu sənət sahiblərinə təqdim olunub.
    Layihənin müəllifi və quruluşçu rejissoru Nail Naiboğludur. Mərasimi aparıcılar Lalə Mustafayeva və Zabir Əliyev aparıblar.

    Müxtəlif nominasiyalar üzrə mükafat alanların sırasında müğənni Roza Zərgərli də olub. O da "Yaxşıların yaxşısı" mükafatına layiq görülüb.
    Müğənninin sözlərinə görə, bu onun növbəti qalibiyyətidir.

    "Mənə çox xoşdur ki, əməyim qiymətləndirilib. Ümid edirəm ki, dinləyicilərimin etimadını gələcəkdə də doğruldacağam" - müğənni deyib.

    Roza Zərgərli yaxın vaxtlarda da yeni mahnısını təqdim edəcəyini xəbər verib..
#19.05.2011 00:27 0 0 0