Cənubi qafqazda ermənilərin "müsəlman zülmündən" azad edilməsi, rus ordusu silahının zəfəri sayəsində bu ərazidə müstəqil Ermənistan höküməti qurmaq diləyi ilə imperator I Pyotra ünvanlanan müraciətlər, xəritə və layihələrin konteksti də ciddi maraq doğurur. Maraq doğuran cəhət budur ki, o zaman çar Rusiyasının yeritiyi xarici siyasəti ilə erməni kilsəsinin erməni dövləti qurmaq planı açıq-aşkar üst-üstə düşür və biri digərini tamamlayırdı. XVI əsrdə Rusiya cənub sərhəddini Hə.tərxana çatdırmışdı. Çar höküməti xristianların mənafeini müdafiə etmək adı altında Qara və Xəzər dənizləri hövzəsində müsəlmanların, ələlxüsus da türklərin nüfuzunun artmasına imkan verməməyə can atırdı. Stepan Razinin başçılığı altında kazaklar hələ XVII əsrin 60-cı illərində də Azərbaycan torpaqlarına soxularaq Bakını tutmuş, Maştağa kəndini talamış, buradan 150 nəfər dinc sakini əsir götürmüş, Xəzər dənizi sahillərində şəhər və kəndləri viran qoymuş və əhalisini amansız vəhşiliklə qətlə yetirmişlər. Hətta bu dəhşət və vəhşətdən hiddətə gələn çar məhkəməsi 1671-ci ilin iyunun 6-da quldur dəstə başçısı Stepan Razinə - Sən canisən, - deyərək ölüm hökmü vermişdi. 1715-ci ildə I Pyotr Volinskini İrana elçi göndərdi. Yola düşəndə ona təqdim edilən təlimatda deyilirdi: "ermənilərin harada yaşadıqları, məşğuliyyəti, Rusiya dövlətinə münasibəti haqqında ətraflı məlumat toplayın, hər yerdə onlarla mehribanlıqla rəftar edin". 1723 -cü ildə general-mayor Matyuşkin Bakını tutmuş və knyaz Baratinskini şəhər komendantı təyin etmişdi. Çar I Pyotr bu xəbəri hədsiz sevinclə qarşılayıb Matyuşkini tıbrik etmiş və onu general-leytenant rütbəsi ilə mükafatlandırmışfı. O illərdə Rusiya imperatoru yeni işğal olunan əyalətlərdə xristianların, ələlxüsus da ermənilərin məskunlaşdırılmasını ın ılverişli vasitə hesab edirdi. Yaranan şəraitdə Rusiyanən hakim dairələrinin erməni amilinə üstün diqqət yetirməsi faktından peşəkarlıqla istifadə edən erməni kilsəsi Türk-Azərbaycan torpaqlarında erməni dövləti qura bilmək imkanı əldə etmək üçün qəsbkar rus ordusunu köməyə çağırır, yerli müsəlman əhalisini qırmağa, türk ordusuna, türk dövlətinə qarşı qanlı müharibəyə təhrik edirdi. israil Ori və vardapet Minas "Öz soydaşlarını İran zülmündən xilas etməyə dair" imperatora ünvanladıqları məktubda cəmi 24 saat ərzində Şamaxıdan İrəvanadək hər yerdə "dinsizləri" qırıb qovub təmizləmək, müsəlmanların yaşadıqları bu əraziləri ələ keçirmək planını təfərrüatı ilə təqdim etmişlər. Bu planda rus ordusunun nə vaxt, haradan hücuma keçəcəyi, ermənilərin bu orduya kmək etmək üçün nə qədər qoşun, silahlı qüvvə çıxaracağı, 15 gün müddətində Rusiya imperiyasının ərazisinə nə qədər yeni torpaqların birləşdiriləcəyi də dəqiq göstərilirdi. Həm də burada söhbət təkcə Cənubi Qafqazda, Cənubi Azərbaycanda yaşayan "dinsizlərin", yəni müsıılmaların ata-baba torpaqlarına zorakılıqla sahib durmaq iddiasından getmir. Kilsə xadimlərinin 1703-cü ilin payızında I Pyotra təqdim etdikləri "Ermənistan xəritəsi"ndə rus ordusunun İstanbuladək keçib gedəcəyi yolların təsviri də aydın verilmişdi. İsrail Orinin ölümündən sonra onun missiyasını davam etdirən Vardapet Minasın Moskvaya çatdırqığı məktubda göstərilirdi ki, Xəzər dənizi sahillərində əlverişli daldanacaq yerlər var. Orada möhtəşəm monastrlar tikmək üçün şahdan icazə almaq lazımdır. Bu monastrlardan etibarlı qalalar kimi istifadə etmək olar. 1716-cı ildə İrana ermınilərin barəsində məlumat toplamaq üçün göndərilən Vardapet Mİnas oradan qayıdanda artıq arxiyepiskop rütbəsindəydi. 1718-ci ildə yüksək dini rütbə sahibi olan bu kilsə təmsilçisi bütün erməni xalqı adından imperatora müraciət edərək yazırdı: Vaxt gəlib yetişib, bizi dinsiz müsəlmanların zülmündən qurtarıb öz himayəniz altına alın. 1722-ci ildə Tiflisdəki erməni yepiskopundan Vardapet Mİnasın aldığı məktubda "müsəlman zülmündən" xilas olmağın yolu aydın göstərili və deyirdi: "Yüz min silahlı erməni var, onlar imperatorun ayağını qoyduğu yerə öz başlarını qoymağa hazırdırlar"
1724-cü ildə patriarxlar Yesaı və Nersesin I Pyotra müraciətində də yenə ermənilərin dörd tərəfdən əhatəyə alan düşmənlərdən, yəni müsəlmanlardan xilas etmək üçün silaha əl atmaq, rus ordusunu ləngimədən cənuba göndərmək, buradaki aborigen əhalinin torpaqlarinda erməni dövləti qurmaq iddiasi qabariq şəkildə özünü büruzə verirdi. "Müsəlmanlar"dan qurtarmaq çağırışlarında Cənubi Qafqaz azərbaycanlılarını deportasiya və soyqırıma məruz qoymaq niyyəti açıq hiss olunurdu.
1760-cı ildə katolikos Hakop Peterburqa gələrək erməni dövləti qurmaq məsələsini yenidən gündəmə gətirdi. Bu barədə verilən növbəti təklif əvvəlkindən fərqli idi. Sanki Cənubi Qafqazda heç azərbaycanlı yaşamayıb, burada ancaq ermənilər və gürcülər yaşadığından Rusiya imperiyasının himayəsi altında erməni -gürcü dövləti qurmaq təklif olunurdu.