Tarixdə bu gün - 24 May

Son güncelleme: 23.05.2011 22:10
  • Tarixdə bu gün - 24 May
    ____________________________

    24 may. İlin sonuna 221 gün qalır.

    1543. Polyak astronom Nikolay Kopernik vəfat edib
    1743. Fransa inqilabının ideya rəhbərlərindən olan Jan Pol Marat anadan olub
    1905. Rus yazıçı Mixail Şoloxov anadan olub
    1910. Bakıda Üzeyir Hacıbəyovun “Ər və arvad” musiqili komediyası səhnələşdirilib
    1920. Azərbaycan İnqilab Komitəsi neft sənayesinin milliləşdirilməsi haqqında dekret verib. Dekret mayın 27-də mətbuatda dərc edilib
    1921. Mustafa Kamala (Atatürk) sui-qəsd təşkil etməkdə təqsirli bilinən ingilis casusu Mustafa Saqir edam edilib
    1922. Balaxanıda ilk sovet neft mədəni təntənəli şəkildə açılıb
    1926. Livanın ilk konstitusiyası qəbul edilib
    1948. Aktyor Fuad Poladov anadan olub
    1951. Sovet şahmatçısı Anatoli Karpov anadan olub
    1956. İsveçrənin Luqaon şəhərində ilk dəfə “Eurovision” mahnı müsabiqəsi keçirilib
    1965. Peruda futbol matçı zamanı kütləvi dava düşüb. Davada 135 nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb
    1967. Yazıçı, ictimai xadim Şıxəli Qurbanov vəfat edib
    1987. Bəstəkar Şəmsi Bədəlbəyli vəfat edib
    1989. Bolqarıstanda yaşayan türklərin Türkiyəyə köçü başlayıb
    1992. Azərbaycan Respublikası Vatikan ilə diplomatik əlaqələr qurub
    2001. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb
    2004. Şimali Koreyada mobil telefonlar qadağan edilib
#23.05.2011 22:10 0 0 0