Eurovision təmsilçimiz ailəsi ilə - FOTO

Son güncelleme: 24.05.2011 18:26
  • noimage

    "Eurovision" mahnı müsabiqəsinin qalibi Nigar Camal Türkiyənin "Doğan" İnformasiya Agentliyinə açıqlama verib.

    Lent.az-ın verdiyi məlumata görə, Nigar Camal 56-cı "Eurovision" mahnı müsabiqəsində Fransanın qalib gələcəyini düşündüyünü, nəticələr açıqlanan zaman şoka düşdüyünü söyləyib. O, sevincinin həddi-hüdudu olmadığını dilə gətirib: "6 ay əvvələ qədər iki uşaq anası olan evdar qadın idim. Ən böyük xəyalım Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil etmək idi. İndi arzularım gerçək oldu".

    1980-ci ildə Bakına anadan olan müğənni 30 yaşlı müğənni iki uşaq anasıdır. Həyat yoldaşı kiprli Naluk Camalla 2005-ci ildən İngiltərədə yaşayır. Cütlük türklərin kompakt yaşadığı Green Palmerdə nəşr olunan "Olay" qəzetini ziyarət edib. Qəzetdə Nigar-Haluk Camal və onların qızlarından birinin - Jasminin birlikdə fotosu dərc olunub.

    Musiqi çalışmalarını fasiləsiz davam etdirəcəyini söyləyən Nigar Camal yaxın vaxtlarda yeni albomunu hazırlayacağını qeyd edib.
#23.05.2011 22:34 0 0 0
  • inşallah daHA nice yarışlar kazanacakınız..
#24.05.2011 18:26 0 0 0