Hər ehtiyacımı sənə həmsöhbət olma vəsiləsi et
Pıçıltılarımı da, susqunluqlarımı da dua deyə qəbul et
Hər duamda sonsuz yaxınlığını hiss etməyi, heç bitməz lütfkarlığını dadmağı nəsib et
Rəbbim mənə, məni Sən verdin
Səndən üz çevirənlərdən eyləmə məni
Rəbbim əlimdəkilər, Sənin əlindəndir
Əlimdəkilərə başımı qataraq, Səni unudanlardan eyləmə məni
Bu fani həyatımı əbədi həyatın başlanğıcı et
Ürəyimi sənə qul olmaqla sevindir.
Qulluğumu daim et
Səhvlərimi, Sənə yaxınlaşma vəsiləsi et
Günahlarımı da Sənə yönəlmə bəhanəsi et
Peşmanlıqlarımı Sənin qapına üz tutma səbəbi et
İnandığım kimi yaşat məni
Səni görər kimi yaşat məni
Sənin nəzərində səhih et imanımı
Ey Rəbbim
Ruhuma Səni sevməklə sevinmənin müjdəsini endir
Ey Rəbbim
Günahlarım, Sənin məlumundur
Səndən gizlim yoxdur
Sənə döndüm bağışla məni
Ey Rəbbim
Peşmanlıqlarım Sənin arzundur
Çox səhv etdim etiraf edirəm
Sənə döndüm bağışla məni
Rəbbim əllərim sənin qüdrətli əlindədir
Uzaqları yaxın edən Sənsən
Olmazları olduran Sənsən
Təvəkkülüm Sənədir
Əllərimi Sənin qüdrətli əlinə tərk edirəm.
Dualarımı razı olduğun və sevdiyin kimi qəbul et
Mənə Səni biləcək könül ver ey Rəbbim
Susqunluğumu Sənin eşitdiyin dualar kimi qəbul et