Cənnətdə Allahu-Təalanın görülməsi

Son güncelleme: 25.05.2011 12:47
  • noimage

    Mərhəmətli və Rəhmli Allahın adı ilə!

    بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

    Möminlər axirətdə. Cənnətə girdikdən sonra Allahu-Təalanı görə biləcəklər.
    Bunu aşağıdakı surə daha aydın izah edir.
    Qiyamət günü işıl işıl parıldayan üzlər, [möminlər] Rəbblərinə baxacaqlar) [Qiyamət-22, 23]

    Bir hədisdə söylənilir: Peyğəmbər ayın 14-cü gecəsi parlayan aya baxıb buyurur ki,
    Göydəki bu ayı necə tam şəkildə görürsünüzsə [ siz möminlər Cənnətdə ] Rəbbinizi bu şəkildə aydın görəcəksiniz.
    Bir surədə deyilir: Gözəl əməl sahiblərinə Cənnət və daha artığı vardır.
    Qiyamət günü kafirlər Allahu-Təalanın gözəl camalını görməkdən məhrum olunacaqlar.
    Surə: (Onlar [kâfirlər] o gün Rəbblərini [camal siması ilə] görməkdən məhrumdurlar) [Mutaffifin 15]

    Allahu-Təalanı görmək böyük nemətdir. Cənnətdəki bütün nemətlərdən daha üstündür.
    Belə ki cənnətdəki bütün nemətlərin dadı onlardan aldıqları ləzzət
    Allahu-Təalanı görməkdən aldığı zövqdən, xöşbəxtlikdən böyük ola bilməz.
    Kafirlər isə Cənnətə girməyəcəkləri üçün bu böyük nemətdən məhrum olacaqlar.
    İmam-ı Rəbbani həzrətləri buyurur:
    Əhl-i sünnət âlimləri, "Allahu Təâlâ dünyada görülə bilməz" buyurdu.
    Mövlana Halid-i Bağdadi həzrətləri buyurur ki:
    Rəsulallah, Allahu Təalanı Miracda gördü. Ancaq bu görmək dünyadakı görmək kimi deyil idi.
    Qur'ani-Kərimdə Dünyada kor olan axrətdə də kor olar: - ifadəsi ancaq kafirlər üçündür.
    Möminlər isə Allahu-Təalanı axirətdə görəcəklər. Möminlər cənnətdə Allahı ancaq cümə günü
    deyil istədikləri vaxt görə bilərlər. Ancaq bu onların Allah qatındakı əməllərindən
    asılıdır. Məs: Peyğəmbərlər, şəhidlər, imamlar qədər savab
    heç kimdə yoxdur və bu o deməkdir ki onlar Allahı istədikləri vaxt görə bilərlər.

    Hər hansı səhvə-qüsura görə bağışlayın.
    Hər halda hər şeyin düzgünlüyün Tanrı bilər. Bilmədən etdiyim və etdiyimiz günahlara
    görə inşallah Allah bizi bağışlayar.
    AMİN !
#25.05.2011 12:47 0 0 0